Kolumbiyanın şimalında silahlı qruplar arasında toqquşmalar nəticəsində 30 mindən çox insan evini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə ölkənin Ombudsman ofisi məlumat yayıb:
“Bu günə qədər ən azı 32 min insanın didərgin düşdüyü bildirilir. Onların əksəriyyəti Kukuta (15 086), Okanya (11 503) və Tibuya (5 300) gəlib”.