AZ

Orban: "Ukrayna bizimlə belə danışsa, bunun sonu yaxşı olmayacaq" - VİDEO

"Ukrayna deyir ki, guya biz kiminsə xidmətçiləriyik. Onlar macarlarla belə danışsa, bunun sonu yaxşı olmayacaq".

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Ona görə də Ukrayna özünə yaxşılıq etmək istəyirsə, Slovakiya və Macarıstanla münasibətləri tənzimləməli, bu qonşu ölkələrə hörmət göstərməlidir. Bu gün Ukrayna liderlərini dinləyəndə onların diktə etdiklərini eşidirəm. Amma onlar ölkənin beşdə birini itiriblər. Sənayeləri bərbad vəziyyətdədir, dolana bilmirlər", deyə o, əlavə edib.

"Və elə davranırlar ki, sanki bizə öz şərtlərini diktə edə bilirlər. Amma reallıq odur ki, onlar bir şey uman mövqedədirlər, amma ummağı da bacarmalıdırlar. Bu, belə davam edə bilməz", deyə Orban yekunlaşdırıb.



Bizim.Media

Seçilən
10
7
bizim.media

4Mənbələr