AZ

İsrail ordusunun Baş Qərargah rəisi istefa verib

AzVision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Halevi:"İordan çayının qərb sahilində əməliyyatlara hazırlaşmalıyıq"
İsrailin müdafiə naziri İsrael Katsa açıqlayıb ki, İsrail Müdafiə Qüvvələrinin 7 oktyabrda baş verən uğursuzluqla bağlı məsuliyyətini qəbul etdiyini bildirərək, 6 mart 2025-ci il tarixində vəzifəsindən ayrılmasına icazə verilməsini istəyib. Halevi, həmçinin İsrail Müdafiə Qüvvələrinin mühüm uğurlar qazandığını və Qəzza zolağında olan girovların azad edilməsi ilə bağlı razılaşmanın həyata keçirildiyini vurğulayıb.

Halevinin ardınca İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman da istefa verib. Onun komandanlığının məsuliyyət zonasına İsrailin cənubundakı Qəzza zolağı ilə həmsərhəd ərazilər daxildir.

Bundan əvvəl,İsrailin milli təhlükəsizlik naziriİtamar Ben-Qvirdə Qəzza zolağında HƏMAS-la atəşkəs və əsir mübadiləsi sazişinin hökumət tərəfindən rəsmən təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini, sədrliyindəki Yəhudi Gücü Partiyasının hökumətdən çəkiləcəyini bildirib.

Həmidə İbrahimova
AzVision.az
Seçilən
29
33
azvision.az

10Mənbələr