Mərkəzi Bank inflyasiya proqnozunu yenilədi
2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə, illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.