Bollivud ulduzu Saif Əli Xan evində hücuma məruz qaldıqdan bir neçə gün sonra Hindistanın Mumbay şəhərində xəstəxanadan buraxılıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 16-na keçən gecə evinə quldurluq cəhdi zamanı 54 yaşlı Xan altı bıçaq zərbəsi alıb. Onurğası, boynu və qollarından aldığı xəsarətlər səbəbindən aktyor əməliyyat olunub.
Yanvarın 19-da polis hücumla əlaqədar Banqladeş vətəndaşı olduğu güman edilən şəxsi həbs edib və cinayətin araşdırılmasını davam etdirir.