Bakı. Trend:
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədarseçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasınabaşlanılıb.
Trend xəbərverir ki, Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyinəməkdaşları, o cümlədən müvafiq dairə seçki komissiyalarının sədrvə katiblərinin də iştirakı ilə reallaşdırılan proses açıq vəşəffaf şəkildə həyata keçirilib, müşahidəçilər, media nümayəndələrivə maraqlı seçki subyektlərinin bülletenlərin paylanmasını yaxındanizləyə bilmələri üçün hər cür şərait yaradılıb.
Tədbir çərçivəsində media üçün brifinq də təşkil olunub, seçkibülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlıSeçki Məcəlləsinin tələbləri, prosesin qanunauyğun təşkili vəümumiyyətlə bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədəətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıransuallar cavablandırılıb.
Seçki bülletenləri ilk gün – yanvarın 22-də Naxçıvan MuxtarRespublikasındakı seçki dairələri və respublikanın ucqarbölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə54 seçki dairəsinə verilir. Növbəti gün isə seçki bülletenlərininölkənin digər bütün seçki dairələrinə təhvil verilərək, prosesintam yekunlaşdırılması nəzərdə tutulur.
Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləridairə seçki komissiyalarına verildikdən sonra onların daşınması,saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesininmühafizəsi Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindənhəyata keçirilir.
Qeyd edək ki, bələdiyyə seçkiləri ilə əlaqədar seçkibülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dairtələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi SeçkiKomissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın11-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb vəKomissiyanın qərarı ilə 6052721 (altı milyon əlli iki min yeddi yüziyirmi bir) seçki bülleteni çap olunub.
Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçkibülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra,səsvermə gününə azı 3 gün qalanadək dairə seçki komissiyalarındanməntəqə seçki komissiyalarına veriləcək.