Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya ilə silahlı münaqişədə Ukraynanın strategiyasının diplomatik həll yoluna can atmaq olduğunu bildirib. “Ulusum”.az xəbər verir ki, onun çıxışı Prezident Administrasiyasının YouTube kanalında yayımlanıb."Bizim münaqişənin həlli ilə bağlı strategiyamız diplomatiyaya doğru irəliləməkdir ki, bu da, əminəm, müharibənin bitməsinə gətirib çıxaracaq. Məsələ yalnız ondadır ki, bu hansı diplomatiya olacaq?”- deyə Zelenski vurğulayıb. Amma sual olunur ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı o, həmçinin Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib. Onun sözlərinə görə, "güclü diplomatiya" münaqişənin həllinə və Avropada uzunmüddətli sülhün təmin edilməsinə şərait yarada bilər.Bundan əlavə, Zelenski Avropanın Ukrayna ilə bağlı sülh danışıqlarında fəal iştirak edəcəyinə şübhə ilə yanaşdığını bildirib.Səidə
Diqqət Çəkənlər
Hamiləliyin Yeni Dövrü: Süni Rəhim Texnologiyası - VİDEO
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
Sumqayıtda yataqxanada yanğın olub, 11 nəfər təxliyə edilib - VİDEO