AZ

Tramp Aİ və Çini yeni gömrük tariflərləri ilə hədələyib

ABŞ prezidenti Donald Tramp yenidən Avropa İttifaqını ticarət tarifləri ilə hədələyib.

Herbiand.az xəbər verir ki, Yanvarın 21-i Ağ Evdə keçirilən mətbuat konfransında Tramp deyib: "Onlar bizimlə çox, çox pis rəftar etdilər. Ona görə də tariflərə hazır olmalıdırlar. Ədaləti əldə etməyin yeganə yolu budur".

O qeyd edib ki, Avropa İttifaqı Amerika avtomobillərini və kənd təsərrüfatı məhsullarını almaqdan imtina edir.

Bundan əvvəl Tramp Aİ ölkələrini də ABŞ-dan neft və qaz idxalını artırmağa çağırıb.

Donald Tramp prezident kimi ilk dövründə polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etdi və bu, ABŞ və Avropa İttifaqı arasında kəskin ticarət münaqişəsinə səbəb oldu. Buna cavab olaraq Aİ bir sıra Amerika mallarına, o cümlədən viski, Harley-Davidson motosikletləri və Levi Strauss geyimlərinə xüsusi tariflər tətbiq etdi.

Seçilən
3
1
herbiand.az

2Mənbələr