1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qarabağ"dan "Flamenqo"ya transfer olunan Juninyonun təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, braziliyalı hücumçu mərasimdə kluba transferi haqda fikirlərini bölüşüb:
"Həyatımda yeni böyük sınaq vaxtıdır. "Flamenqo"ya kömək etmək üçün buradayam. Meydanda və meydandan kənarda istənilən rolda bunu etmək istəyirəm.
Menecerlər "Flamenqo"nun mənimlə maraqlandığını deyəndə, inanmadım. Təklif gələndə, artıq iki dəfə düşünmədim. Burada olmağım təsadüfi deyil".