AZ

Taliban Amerika silahlarını geri qaytarmaqdan imtina edir

Taliban hərəkatı ABŞ prezidenti Donald Trampın Amerika silah və texnikasını qaytarmaq təklifini rədd edib.

Herbiand.az bildirir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Hərəkat üzvləri hesab edirlər ki, Vaşinqton onları İŞİD-ə qarşı mübarizə aparmaq üçün müasir silahlarla təmin etməlidir.

Qeyd edək ki, yanvarın 19-da keçirilən mitinq zamanı Tramp Əfqanıstanın 2021-ci ildə Amerika qoşunlarının orada qoyub getdiyi silah və avadanlıqları geri qaytarmayacağı təqdirdə Kabilə maliyyə yardımını dayandıracağı ilə hədələyib. Taliban dəyəri 7 milyard dollardan çox olan silah-sursat, texnika və avadanlıqları mənimsəyib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
9
herbiand.az

1Mənbələr