AZ

İndi Putin də, Paşinyan da ümidlərini Trampın mərhəmətinə bağlayıblar

Ənənəvi ifadə ilə "Günün fotosu" da adlandırmaq olar bu görüntünü. Çünki ilk baxışdan bir-birindən xoşlanmayan iki ölkənin qeyri-səmimi XİN başçılarının olduqca "isti" ünsiyyət anı əks olunub bu görüntüdə.

Söhbət Rusiya xarici işlər naziri Sergey Lavrov (Kələntəryan) ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüş anından gedir.

Görüş Rusiya XİN-nin Qəbullar Evində baş tutub.

Və Lavrov bu görüş əsnasında 2024-cü ili "Rusiya-Ermənistan münasibətlərində sadə olmayan il" kimi qiymətləndirib. Bu fikirdə müəyyən həqiqət payı var. Çünki ötən il Putin və Paşinyan həqiqətən də bütün il boyu bir-birilə "siçan-pişik", "qaçdı-tutdu" oyunu oynayıblar. Ancaq bununla yanaşı, onlar hər nə qədər də bir-birilə didişsələr də belə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi də 2024-cü ildə rekord səviyyəyə yüksəlib.

Eyni zamanda, Paşinyan Avropa İttifaqı və ABŞ-la münasibətləri daha da genişləndirməklə bütün il boyu Putinə göz dağı verib.

P.S.

Ən paradoksal məqam da budur ki, indi Putin də, Paşinyan da bütün ümidlərini ABŞ-ın yeni prezidenti Donald Trampın mərhəmətinə bağlayıblar. Lavrovla Mirzoyan isə bu an üçün özlərini ən uğurlu diplomat hesab etsələr də, lakin onların heç biri Tramp dövrünün yeni reallıqlarına hazır deyil.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
14
visiontv.az

1Mənbələr