AZ

Bu axmaq hara gedirdisə, orada müharibə olurdu - Tramp

ABŞ Prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonu sərt şəkildə tənqid edib.

Teleqraf.com xəbər verir ki, o, 2003-cü ildə Corc Buşun prezidentliyi dövründə İraqın işğalına istinad edərək, Yaxın Şərqdəki partlayıcı durum və qarşıdurmalarda çoxsaylı ölümlərə töhfəsinə görə Boltonu “axmaq” adlandırıb.

Tramp Boltonu müharibələri qızışdırmaqda ittiham edib:

“O, nə vaxt bir yerdə görünürdüsə, orada olanlar arasında qorxu yaşanırdı, çünki müharibələri qızışdırırdı”.

ABŞ lideri həmçinin deyib ki, o, Bolton üçün Məxfi Xidmət Mühafizəsini geri çəkib: “Hesab edirəm ki, bu qədər müddət bəsdir. Biz insanların ömürlərinin sonuna qədər təhlükəsizliyini təmin etmək fikrində deyilik. Bunu niyə eləməliyik?”.

Bolton Trampın bu qərarına X hesabında cavab verərək, bunun onu təəccübləndirmədiyini bildirib:

“Baydenin milli təhlükəsizlik siyasətini tənqid etməyimə baxmayaraq, o, 2021-ci ildə mənim üçün bu mühafizəni bərpa etmək qərarı vermişdi”.

Keçmiş müşavir 2022-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ona qarşı sui-qəsd cəhdini xatırladaraq əlavə edib ki, bu təhlükə hələ də sovuşmayıb.

Qeyd edək ki, Bolton 2018-2019-cu illərdə Trampın ilk administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsində çalışıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
13
23
teleqraf.com

10Mənbələr