Bakı. Trend:
Peşə Təhsili üzrə Dövlət Agentliyi tabeliyində olan, həmçininNaxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olanpeşə təhsili müəssisələrinə direktor və direktor müavinlərininmərkəzləşmiş müsabiqə ilə işə qəbuluna başlanılıb.
Bu barədə Trend-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumatverilib.
Qeyd edilib ki, peşə təhsili müəssisələrində direktor vədirektor müavini kimi çalışmaq istəyən şəxslər 2025-ci ilin 22yanvar – 7 fevral tarixləri arasında https://portal.edu.az/elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçəbilərlər.
Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 14 direktor və54 direktor müavini vakansiyası elan olunur.
Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsielektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəkigöstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibəmərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlərfevral ayında qanunvericilik, məntiq və müvafiq sahəyə aidsuallardan ibarət imtahana dəvət ediləcəklər. Müsahibələrinkeçirilməsi mart ayında nəzərdə tutulur.
Peşə təhsili müəssisələrində direktor və direktor müavini olmaqistəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunan minimumtələblər bunlardır:
Direktor vəzifəsi üçün: ali təhsil müəssisələrini müvafiqixtisaslar üzrə bitirmiş və müvafiq sahə üzrə 5 ildən az olmayanəmək stajına malik şəxslər;
Tədris və təlim işləri üzrə direktor müavini vəzifəsi üçün:pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və yatəhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və yarəhbər
vəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.
Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji vəya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsilmüəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbərvəzifələrdə 3 ildən az olmayaraq əmək stajına malik şəxslər.
İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün:orta ixtisas təhsili, yaxud ali təhsil, inzibati-təsərrüfatişlərində təcrübəsi olan şəxslər.