Azərbaycan hökuməti bəyan edib ki, rəsmi səviyyədə korrupsiyaya qarşı mübarizə aparılır. Bunun üçün mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr və digər strukturlarda araşdırmalar aparılır və təqsirkarlar saxlanırlar. İndiyə qədər bir sıra nazirliklərin vəzifəli şəxsləri, icra başçıları, bələdiyyə nümayəndələri korrupsiya əməliyyatları çərçivəsində saxlanılıb, daha sonra məhkəmə qərarı ilə həbs olunub.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, deputat Azər Badamov bildirib ki, qanuni şəkildə haqqında məhkəmə hökmü oxunmuş şəxslər partiya sıralarından kənarlaşdırılıblar.