AZ

Ötən il 1088 gəmi təmir olunaraq yenidən istismara qaytarılıb

Bakı. Trend:

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tərkibindəfəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu (ZGTTZ) və“Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 2024-cü il ərzindəümumilikdə 1088 gəmi təmiri üzrə iş icra olunub.

Trend bu barədə səhmdar cəmiyyətinə istinadənxəbər verir.

Bildirilib ki, təmir işlərindən 870-i səfərlərarası naviqasiyatəmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla 899-uZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ütərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb.

2024-cü ildə təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlaraaid olub.

Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4707gəmi təmiri işi yerinə yetirilib. Bu dövrdə təmir edilən gəmilərdən195-i kənar təşkilatlara məxsus olub.

Seçilən
36
39
az.trend.az

10Mənbələr