AZ

Məzar daşını hazırlayandan sonra intihar etdi

73 yaşlı təqaüdçü müəllim məzar daşını hazırladıqdan sonra evinin bağçasında özünü asıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Elazığ bölgəsində baş verib.
 
Məzar daşının üstündəki, \"Etdiyi hər yaxşılıqdan zərər görən adam” yazısı hər kəsin diqqətini çəkib.
 
Alınan məlumata görə, səhər saatlarında yoldan keçən vətəndaşların bir evin bağçasında asılmış bir adam olduğunu bildirməsi üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.
 
Bölgəyə gələn təcili yardım qrupları tərəfindən edilən ilkin müayinədə 73 yaşlı təqaüdçü müəllim Əhməd Misrani Derinin həyatını itirdiyi müəyyən edilib.
 
Tək yaşayan şəxsin cansız bədəni yarılma üçün morqa aparılıb.
 
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
 
Oksana
Seçilən
13
azxeber.com

1Mənbələr