AZ

Azərbaycanda maliyyə bazarı iştirakçılarının davranışı qaydaları hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə birlikdə maliyyə bazarı iştirakçılarının davranışı qaydaları üzərində işləyir.

"Report" xəbər verir ki, bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Bu il bu qaydaları açıqlamağı planlaşdırırıq. Qaydalar müştərilərə qarşı ədalətli davranışı, onlarla müqavilə bağlamazdan əvvəl şərtlərin açıqlanmasını, müqavilə müddətində mümkün problemlərin həllini, müqavilə bitdikdən sonra müştərilərlə necə davranılmasını əhatə edəcək. Qaydalar 8 fəsildə hazırlanıb. Bundan başqa, bazar davranışlarının AMB-nin nəzarət çərçivəsinə inteqrasiyasını planlaşdırırıq", - deyə o qeyd edib.

Seçilən
19
report.az

1Mənbələr