AZ

“Borussiya” Nuri Şahinlə yollarını ayırdı

Almaniyanın “Borussiya” (Dortmund) komandası baş məşqçisi Nuri Şahinlə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyəli mütəxəssislə bağlı qərar Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun oyunundan sonra verilib. “Bolonya”ya 1:2 hesablı məğlubiyyət Şahinin postunda son görüşü olub.

Qeyd edək ki, “Borussiya” son 25 ildə ilk dəfə ardıcıl 4 məğlubiyyət alıb.

Seçilən
14
1
msport.az

3Mənbələr