Çin Hərbi Hava Qüvvələri (HHQ) üçün “hava-hava” tipli yeni hipersəs raketi inkişaf etdirir.
“Poliqon” “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, yeni raket Çin HHQ-nin yüksək performans tələblərinə cavab vermək üçün istiliyə davamlılıq sınaqlarından keçib.
Bildirilib ki, Çinin “hava-hava” tipli hipersəs raketi B-21 bombardmançı təyyarəsi də daxil olmaqla, ABŞ hərbi təyyarələri üçün ciddi təhlükə yaradacaq.