AZ

Elhad Nəziri “Cəbrayıl”dan ayrıldı

Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Elhad Nəziri “Cəbrayıl”ın baş məşqçisi vəzifəsindən ayrılıb.

Arena.az xəbər verir ki, 32 mütəxəssis bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.

O, komandadan öz istəyi ilə getdiyini açıqlayıb. “Cəbrayıl”a bundan sonra kimin rəhbərlik edəcəyi hələ bilinmir.

Xatırladaq ki, Nəziri cari mövsümün əvvəlində, 2024-cü ilin iyul ayında “Cəbrayıl”ın baş məşqçisi təyin edilmişdi. B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanmışdı.

Elhad Nəziri futbolçu kimi “Lokomotiv” (Bakı), “Milsami” (Moldova), “Petrolul” (Rumıniya), “İnter” (Bakı), “Metralul” (Rumıniya) klublarının formasını geyinib. O, Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı futbolçu karyerası dönəmində “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və 2-ci Liqanın gümüş medalçısı olub.

Qeyd edək ki, “Cəbrayıl” 10 komandanın mübarizə apardığı Birinci Liqada 11 turdan sonra 14 xalla beşinci pillədə qərarlaşıb.

Seçilən
16
arena.az

1Mənbələr