AZ

AMB sədri Mərkəzi Bankın valyuta ehtiyatlarını açıqladı

Xarici sektor göstəriciləri də əlverişli olaraq qalır.

FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında 5.5 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu şəraitdə 2024-cü ildə valyuta bazarında sabitlik qorunub.

Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil etmişdir. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5.5 mlrd. ABŞ dolları) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.

Seçilən
7
8
fed.az

10Mənbələr