AZ

Ziraat Bank Azərbaycan 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb

Bakı. Trend:

Ziraat Bank Azərbaycan 2024-cü ilin yekunlarına dair maliyyəhesabatlarını açıqlayıb. Hesabatlara əsasən Bank müsbət inkişafdinamikasını davam etdirərək 2024-cü ili də xalis mənfəətlə başavurub.

Uğurlu maliyyə nəticələrinə əsasən bankın cəmi aktivləri 921mln. manatı keçib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə44,7% artıqdır. 2024-cü il ərzində bankın xalis mənfəəti isə 14mln. manatı ötüb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə70,4% artım deməkdir.

Kredit portfelində də nəzərə çarpan artım müşahidə edilib. Beləki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın biznes kreditləri32,6% artaraq 498 mln manata çatıb, istehlak kreditləri isə 95,4%artaraq 5 mln. manatı keçib.

Kredit portfelində olduğu kimi bankın depozit portfelində dəmüsbət artım tendensiyası davam etdirilib. Bu da Ziraat BankAzərbaycana olan inam və etibarın əsas göstəricilərindən biridir.Qeyd edək ki, hesabat dövründə bu istiqamət üzrə portfel ötən ilineyni rübü ilə müqayisədə 37,5% artaraq 565 mln. manatı ötüb.

Bankın uğurları bununla da bitmir. Belə ki, bankın əməliyyatmənfəəti 29,8% artaraq 32 mln. manatı , xalis faiz gəlirləri isə19,5% artaraq 36 mln manatı ötüb. Bankın qeyri-faiz gəlirləri31.63% artaraq 20 mln. manata çatıb.

Ziraat Bank Azərbaycan 2025-ci ildə də inkişaf dinamikasınıdavam etdirməyi planlaşdırır. Qeyd edək ki, bank 30 Dekabr 2014-cüil tarixində bank lisenziyasını almış və bu il 10 illik yubileyiniqeyd edir. Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir yaxınzamanda verdiyi müsahibəsində bankın yaradıldığı gündən etibarənAzərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər stratejisahələrə dəstək verdiyini, bu gün isə artıq bütün müştəriseqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığınıvurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik vəorta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin Ziraat BankAzərbaycanın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etməkolduğunu bildirib.

“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidirvə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsulvə xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmətplatformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflıməlumatı, Bankın Facebook, Instagram, X , Linkedin,Youtubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

Seçilən
9
9
az.trend.az

7Mənbələr