Panamanın BMT-dəki nümayəndəsi Eloy Alfaro de Alba məktubda vurğulayıb ki, hər hansı bir ölkənin ərazi bütövlüyünə güc tətbiq etmək hədəsi BMT Nizamnaməsinə ziddir.
Xatırladaq ki, Tramp andiçmə mərasimində çıxışı zamanı Panama kanalının ABŞ-yə qaytarılmasının vacibliyini vurğulamış və Panamanı kanalın idarəsini Çinə ötürməkdə ittiham etmişdi.
Panama hakimiyyəti bu ittihamları qətiyyətlə rədd edib. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, Panama kanalı ölkənin suveren ərazisidir və bu məsələ müzakirəyə açıq deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31