AZ

Məhkəmə nizamnamə kapitalını kəskin azaldan şirkətə cərimə kəsib

"F60" MMC qaydaları pozduğu üçün cərimələnib.

"F60" MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat vermədiyi üçün cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “F60” MMC 2019-cu ildə yaradılıb, qanuni təmsilçisi Kamil Hidayətovdur. Ötən ilin sonlarında şirkətin nizamnamə kapitalının kəskin azaldığı bildirilib. Belə ki, MMC-nin nizamnamə kapitalı 6 milyon 992 min 600 ABŞ dollarından 2 milyon 754 min 853 ABŞ dolları və ya 39.4% azaldılaraq 4 milyon 237 min 746 ABŞ dolları məbləğində müəyyən edilir.

Seçilən
11
7
operativmedia.az

7Mənbələr