AZ

AMB: "Tələbə əməl etməyən BOKT-lara qarşı tədbirlər həyata keçiriləcək"

BOKT-ların kapital tələbini 300 min manatdan 1 milyona artırdıq və BOKT-lara bu tələbə cavab vermələri üçün 3 aylıq vaxt verilib.

FED.az xəbər verir ki, bunu  AMB-nin sədr müavini Toğrul Əliyev təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib  ki,  verilən zaman BOKT səhmdarları və təsisçiləri üçün kapitallaşma ilə bağlı tədbirlər görmələri üçün yetərlidir.

Bununla bağlı Azərbaycan Mərkəzi Bankı nəzarəti davam etdirir. Üç aylıq müddət başa çatdıqdan sonra tələbə əməl etməyən BOKT-lara qarşı müvafiq qanunvericiliklə nəzərdə tutulan tədbirlər həyata keçiriləcək. 

Ümid edirik ki, bütün BOKT-lar kapitalını yeni tələblərə uyğunlaşdıracaq. Hazırda hansısa BOKT-un kapital artımında problem yaşadığını demək tez olar.

Seçilən
4
1
fed.az

2Mənbələr