AZ

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Yanvarın 22-si axşamdan 23-ü səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Korrespondent.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın bəzi rayonlarında yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən şərq rayonlarında isə yağıntının qısamüddətli intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Seçilən
1292
49
korrespondent.az

10Mənbələr