1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək mərkəzində yerləşən "Grand Kartal" hotelində baş verən yanğın zamanı bir ailədən 14 nəfər həyatını itirib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ölənlər arasında Bahçelievler Bələdiyyə Məclisinin keçmiş sədri Habibe Günerin qızı, eyni zamanda, Türk Hava Yollarının Satış analizi və dəstək şöbəsində mütəxəssis işləyən Zehra Sena Gültekin, üç uşağı, həyat yoldaşı və ailə üzvlərindən daha doqquz nəfərin olduğu məlum olub.
Bildirilir ki, yanğın zamanı Zehra Sena Gültekin anasına zəng edərək ondan halallıq istəyib.
Zehra Sena və Bilal Gültekin cütlüyü, həmçinin, uyğur türkü olan Sümeyye adlı azyaşlı qızın da himayədar ailəsi olublar. Kiçik qızcığaz da yanğında həyatını itirib.
Hakim Ədalət və İnkişaf Partiyasının Bolu regional idarəsindən hadisə ilə bağlı açıqlama verilib.
Açıqlamada bildirilib ki, ölənlər dekabrın 23-də Kalıcı Konutlar məscidində qılınacaq günorta və cənazə namazından sonra Kılıçarslan qəbiristanlığında torpağa tapşırılacaqlar və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.