AZ

Xalq artisti türk şirkəti ilə müqavilə imzaladı - Səbəb

Bu gün Akademik Milli Dram Teatrında Xalq artisti Nurəddin Mehdixanlı ilə Türkiyənin DEVİN Media Akademi film şirkəti arasında müqavilənin imzalanma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, müqaviləyə əsasən, şirkət Xalq artistinin iştirakı ilə istehsal yönümlü layihələr ərsəyə gətirəcək.
Qeyd edilib ki, ilk layihə iyun ayında çəkilişləri başlayacaq "Dar küçələr" adlı serial olacaq.
Nurəddin Mehdixanlı qeyd edib ki, sözügedən müqavilə mədəniyyətlərimizin inkişafı naminə imzalanır.
"İmzaladığım müqavilə müddətsizdir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qarşıda bizi maraqlı layihələr gözləyir. Bu vaxta qədər Azərbaycana gəlib, amma iş görmədən gedən türk şirkətləri çox olub. Amma DEVİN Media öz imkanları ilə bu işi görəcək. Əməkdaşlığımızın baş tutmasının əsas səbəbi də məhz budur".


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova
Seçilən
14
32
teleqraf.com

10Mənbələr