Bakı. Trend:
Dövlət satınalmalarında iştirak edən təchizatçılar satınalantəşkilatlara məhkumluq barədə arayışı “etender.gov.az” portalıvasitəsilə təqdim edə biləcəklər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Trend-ə verilən məlumata görə,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinintərəfindən bu istiqamətdə həyata keçirilən inteqrasiya prosesiDaxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyitabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) iləbirgə əməkdaşlıq nəticəsində təmin edilib.
Belə ki, prosesinin rəqəmsallaşması zamanı müvafiq altsistemlərəinteqrasiya və zəruri məlumatların ötürülməsi İRİA-nın“digital.bridge” sistemi üzərindən həyata keçirilib. İnteqrasiyalarnəticəsində sistem üzərindən tələb olunan 6 adda sənədin 5-ninrəqəmsal formada təqdim olunmasına nail olunub.
Qeyd edilir ki, Milli Məlumat Mübadiləsi Sistemi(“digital.bridge”) dövlət informasiya ehtiyatları və sistemləriarasında məlumat mübadiləsinin təşkilini və səmərəliliyiniartırmaq, eləcə də əhaliyə elektron xidmətlərin göstərilməsindəidarəetməni optimallaşdırmaq məqsədilə fəaliyyət göstərir.
İnteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edəntəchizatçılar uyğunluq göstəriciləri ilə bağlı müvafiq məlumatlarlayanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqındaməlumatı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğuetməklə əldə edə bilərlər. Bu funksiyanın tətbiqi təqdim edilənarayışların saxta olub-olmaması ilə bağlı riskləri tam aradanqaldırmaqla yanaşı, əlavə vaxt itkisinin yaranmasının da qarşısınıalır. Eləcə də sistemdə müraciət zamanı kağız daşıyıcıda olansənədlərin minimuma endirilməsini təmin edərək “Kağızsız hökumət”əvə yaşıl siyasətə öz töhfəsini verir.