AZ

Mərkəzi Bank uçot dərəcəsinin azaldılması qərarına yenidən baxa bilər...

Image

Biz inflyasiya meyillərinin proqnozlaşdırdığımız istiqamətdə davam etdiyini görsək, uçot dərəcəsi ilə bağlı qərarlara yenidən baxılmasını nəzərdə tuturuq.

Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əvvəllər uçot dərəcəsinin dəyişilməz qalması düşünülürdüsə, son qərarlarda 5,8, 5,5-ə doğru azalır.

“Beləliklə, bu trend davam etdikcə biz pul siyasətinin yumşaldılması istiqamətində düşünürük. Bu siyasətin dəstəklənməsi artır. Amma yenə də bizim inflyasiya xarici mühitdə olan amillərdən də asılıdır. Buna görə də növbəti qərarımızı bu proqnozların əsasında verəcəyik”, - deyə Taleh Kazımov əlavə edib.

ZÜMRÜD





Seçilən
6
3
baki-xeber.com

4Mənbələr