Onun "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin fəxri prezidenti Abdulbari Gözəlin vəfatı ilə bağlı danışarkən deyib.
52 yaşlı mütəxəssis klub funksionerinin vəfatının ağır itki olduğunu söyləyib:
"Həm klub, həm də Azərbaycan futbolu üçün ağır itkidir. Həyatda atdığı hər addımı düşünərək edirdi. "Qarabağ" üçün etdiklərini sevərək edib. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin".
Qeyd edək ki, Azersun Holding MMC-nin Müşahidə Şurasının sədri olan A.Gözəl yanvarın 18-də, 75 yaşında vəfat edib. O, “Qarabağ” klubunun fəxri prezidenti idi.