"Minay Group" şirkəti cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Fevralın 5-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Qeyd edək ki, 389-cu maddəyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Hüseyn