“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkı”nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa yenidənqurması) nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 7 133 887 manat təşkil edir.