AZ

Bütün prezidentlərimizi bunu tanıyıb, Qarabağ... – Melkonyan

Ermənistanın bütün prezidentləri (Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı nəzərdə tutur – red.) Qarabağı Azərbaycan ərazisi kimi tanıyıblar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan hakim partiyasının deputatı Qaqik Melkonyan deyib.

Ermənistan Baş naziri Nikol Paşinyanın səhvinin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdığını hakimiyyətə gəldikdən dərhal sonra deməmək olduğu barədə bəyanatını xatırladan jurnalistə deputatın cavabı belə olub:

“Hansı prezidentimiz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayıb? Hamısı tanıyıb”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
11
2
teleqraf.com

4Mənbələr