![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/17375410501524932302_1200x630.webp)
Panamanın BMT-dəki daimi nümayəndəliyi ABŞ Prezidenti Donald Trampın Panama kanalına nəzarət planları fonunda təşkilata şikayət ünvanlayıb.
“Le Figaro” nəşri yazır ki, BMT-nin baş katibi Antonio Quterreşə göndərilən məktubda Trampın inaqurasiya nitqi əsas gətirilərək, onun Panama kanalını ələ keçirmək niyyətindən narahatlıq ifadə edilib.
“Biz xahiş edirik ki, mesajımız BMT Təhlükəsizlik Şurasının 15 üzvünə çatdırılsın”, - məktubda belə deyilir.
Qeyd edək ki, Tramp prezident vəzifəsinə başladıqdan sonra ilk çıxışında deyib ki, Panama hakimiyyəti kanalı düzgün idarə edə bilmir və ABŞ ona nəzarəti bərpa edəcək. O, əvvəllər də Panama kanalını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətindən danışıb və güc tətbiqini istisna etməyib.
ZÜMRÜD