Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedəcək.
Bu barədə NTV məlumat yayıb.
Ərdoğanın yanğın nəticəsində həyatını itirən vətəndaşların cənazə namazına qatılacağı gözlənilir.
Xatırladaq ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb.
"Cebheinfo.az"