Ermənistanın baş naziri Nikol Paşinyan Boludakı hoteldə baş verən yanğın səbəbilə Türkiyəyə başsağlığı verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Boludakı faciə nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralılara şəfa diləyirəm",- N.Paşinyan qeyd edib.
Xatırladaq ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb.