Bakı. Trend:
Ötən il Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6,6milyard manat təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbərverir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 4,9% çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,2% artaraq 2milyard manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,1%azalaraq 4,4 milyard manat, aksizlər üzrə daxilolmalar 8,9%azalaraq 204,4 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 3,8% artaraq 44,4 milyon manat olub.