Bakı. Trend:
Əsas məqsədimiz tələbələrimizin tədrisdən sonrakı vaxtlarınısəmərəli keçirmələrini təmin etmək və onların maraq dairələrinidəstəklədiyimizi göstərməkdir.
Trendxəbər verir ki, bu sözləri UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin(AZMİK) direktoru Davud Davudov TurkicWorld-ə müsahibəsində bildirib.
"Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyəti bizimtələbələrimizin əl işləridir. Təhsil müəssisəmiz iqtisad yönümlüolsa da, tələbələrimizin rəsmə və incəsənətə də olan böyük marağıvə istedadı ilə qürur duyuruq. Onlar bu sahədə özlərini çox yaxşıifadə edirlər. Biz də çalışırıq ki, onların bacarıqlarını dahayüksək səviyyəyə çatdırmaq üçün öz dəstəyimizi əsirgəməyək." - deyəo vurğulayıb.
"Düşünürəm ki, günümüzdə bir çox cinayət hallarının artmasınınsəbəbi gənclərin nəzarətsiz qalması və öz potensialını yönəldəbiləcəkləri sahə tapmamaları ilə əlaqəlidir. Nəticədə, təəssüf ki,bəzi hallarda gənclər arasında cinayət, oğurluq kimi neqativmeyillər artmaqdadır" -deyə direktor bildirib.
Davud Davudov xüsusi olaraq, Azərbaycan Dövlət RəssamlıqAkademiyası nəzdində İncəsənət Kollecinin direktoru Elşad Əhmədovatəşəkkürünü bildirib.
“Elşad Əhmədov, bizim bu təşəbbüsümüzü dəstəkləyərək ,tələbələrimizin yaradıcı potensialını inkişaf etdirmək üçün lazımişəraiti təmin edib. Hərçənd tələbələrimiz bu işləri çox böyükbacarıqla ərsəyə gətiriblər, lakin onlar akademik yanaşmabaxımından müəllimlərinin tövsiyələrinə də əsaslanıblar - deyədirektor öz təşəkkürünü ifadə edib.
Bu sərgi ilə həmçinin cəmiyyətə bir mesaj vermək istədiklərinidə vurğulayan direktor bildirib ki, bilinənin əksinə kollec təhsilikifayət qədər önəmlidir və heç bir halda digər təhsilmüəssisələrindən geri qalmır.
“Bugünkü sərgi də bunun canlı sübutudur”-deyə o qeyd edib.
Məlumat üçün bildirək ki , bu gün UNEC nəzdində olanMaliyyə-İqtisad Kollecinin (AZMİK) tələbələrinin Azərbaycan DövlətRəssamlıq Akademiyası (ADRA) nəzdində İncəsənət Kollecində sərgisikeçirilib