Bakı. Trend:
General Həzi Aslanovun 115 illik yubileyi haqqında virtual sərgihazırlanıb.
Trend xəbərverir ki, virtual sərgi C.Cabbarlı adına Respublika GənclərKitabxanıasının rəsmi "YouTube" səhifəsində yerləşdirilib.
Qeyd edək ki, Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəranşəhərində anadan olub. Erkən yaşda atasını itirən Həzi, atasınınçalışdığı zavodda işləməyə başlayıb. Uzun zaman sonra hərbihazırlıq məktəbinə göndərilib və o məktəbin məktəb rota qəzetininredaktoru olub.
Daha sonra 8-ci çağırış Bakı Sovetinin üzvü seçilib. 1929-cuildə Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildənsonra Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasına vzvodkomandiri təyin olunub. Müəyyən zaman çərçivələrində bir çoxdiviziyalarda komandir və ya komandirin texniki hissə üzrəköməkçisi, hərbi vəzifələrində çalışıb. Həzi Aslanova 1939-cu ildəkapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsiverilib.
Böyük Vətən Müharibəsi başlananda Həzi Aslanov Ukraynada Lvovvilayətində xidmət edirdi. 1941-ci ildə alman zirehli qoşunları iləHəzi Aslanovun batalyonu qeyri-bərabər döyüşə girir. Döyüş zamanıyaralanaraq vəfat edir. Həzi Aslanov Bakıda Şəhidlər Xiyabanındadəfn edilib.
Həzi Aslanov Böyük Vətən Müharibəsi dövründə göstərdiyi şəxsiigidliyinə görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorovordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsiordeni, 2 Qırmızı Ulduz ordeni kavaleri və medallarla təltifolunmuşdur.