Azərbaycanın qadınlardan ibarət U-19 millisi yanvarın 27-dən 29-dək Bakıda, yanvarın 30-dan fevralın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Millimiz Minskdə hazırlıq zamanı 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Azərbaycan yığması fevralın 2-də və 5-də Belarusun U-19 yığması ilə qarşılaşacaq.