Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətində yanğın baş verən əraziyə gəlib.
Axar.az xəbər verir ki, o, hazırda yanğın zamanı həyatını itirənlərin cənazə namazında iştirak edir.
Qeyd edək ki, Türkiyənin Bolu şəhərindəki Qartalqaya dağ-xizək kurortunda oteldə baş verən yanğında 76 nəfər həyatını itirib.