Avropa İttifaqı artıq Ukraynaya 134 milyard avro, o cümlədən silahlar üçün 50 milyard avro ayırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Aİ ölkələri tərəfindən təlim keçmiş ukraynalı hərbçilərin sayı yanvarın sonuna kimi 75 minə çatacaq.
Aİ diplomatik xidmətinin nümayəndəsi Kaya Kallas qeyd edib ki, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə qalib gələcək.
Kallasın sözlərinə görə, Brüssel ABŞ olmadan da təkbaşına Kiyevi dəstəkləməyə hazırdır.
Aİ diplomatiyasının rəhbəri əlavə edib ki, Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzərində işləyir.