AZ

AK Ukraynadakı münaqişəni uzatmağa çağırıb

Avropa Rusiyanı cilovlamaq üçün Ukraynadakı münaqişəni uzatmalı və yaxın beş il ərzində müharibəyə hazırlaşmalıdır.

 

Oxu24.com  TASS-a istinadən xəbər verir ki, bunu Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Avropa Müdafiə Agentliyinin illik konfransında bildirib.

 

“Ukraynanın döyüşməyə davam etdiyi hər gün Avropa İttifaqı və NATO-nun güclənəcəyi gündür. Biz Rusiyadan daha çox silah xərcləməyə, daha çox istehsal etməyə və daha çox silaha sahib olmağa borcluyuq”, - deyə o bildirib.

 

Bundan əlavə, Kubilius "Avropa iqtisadiyyatını turbo-müharibə rejiminə keçirməyə" çağırdı.

 

Yanvarın 20-də Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. O, andiçmə mərasimindən sonra tərəfdarları ilə görüş keçirib və bu görüşdə Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin həlli üçün Rusiya Federasiyası ilə müqavilə bağlamağa hazır olması barədə danışıb.

 

Ağ Evdəki ilk günündə Tramp bir saatdan az müddətdə onlarla sənədi təsdiqlədi. Xüsusilə, yeni Amerika lideri ABŞ-ın Ukrayna və digər ölkələrə yardımını 90 gün müddətinə dayandıran fərman imzalayıb.

 

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ağ Ev Ukraynadakı münaqişənin “üç-dörd il” ərzində gərginləşmə riski olmadan həllində maraqlıdır.

 

Bundan əvvəl Rada Trampın digər ölkələrə yardımı dayandırmaq qərarını şərh edib.

 

Nigar

Seçilən
3
31
oxu24.com

10Mənbələr