Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təmas hələ razılaşdırılmayıb, lakin Rusiya buna daxili hazırlıqlar aparır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Bununla bağlı sualı cavablandıran nazir müavini deyib: "Əlaqə ilə bağlı razılıq hələ əldə olunmayıb. Daxili hazırlıqlar davam edir. Vaşinqtondan yəqin ki, daha aydın və konkret nəsə eşidəndə proqramları və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq".