AZ

Yeni hökumət rusları əliboş qaytardı – Təzminat tələb etdilər

Suriyanın yeni hökuməti Kreml nümayəndə heyəti ilə ilk danışıqları zamanı Rusiyadan təzminat tələb edib.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Bu dialoq Rusiyanın təzminat, yenidənqurma və bərpa kimi konkret tədbirlər vasitəsilə Suriya xalqı ilə etimadın bərpasında rolunu vurğuladı. Yeni administrasiya həmçinin bildirib ki, münasibətlərin bərpası zamanı keçmiş səhvlər nəzərə alınmalıdır”, - Suriyanın Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla Dəməşqdə keçirilən danışıqlarla bağlı bəyanatında deyilir.

Bəyanatda Suriyanın Rusiyadan hansı formada təzminat almağa çalışdığı açıqlanmayıb.

Rusiya mətbuatı yazır ki, Boqdanov dünən keçirilən danışıqları vəziyyətin çətin olmasına baxmayaraq, “konstruktiv” adlandırıb.

Dəməşq bəyanatında Rusiyanın Suriyadakı iki əsas hərbi bazasından bəhs edilməyib. Boqdanov isə jurnalistlərə bildirib ki, məsələ ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb və əlavə danışıqlara ehtiyac var.

“Bloomberg”in məlumatına görə, Rusiya Suriyanın yeni hökuməti ilə hərbi bazaların saxlanmasına dair danışıqlarda razılığa gələ bilməyib.

Xatırladaq ki, Rusiya nümayəndə heyəti yanvarın 28-də Dəməşqə gəlib. Bu, Suriyada hakimiyyət dəyişikliyindən sonra Moskva nümayəndələrinin ilk səfəri olub.


Seçilən
6
24
news24.az

10Mənbələr