Aktual.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristine Qaleçyan bildirib ki, saziş 2024-cü ilin avqustunda imzalanıb və AYİB 40 milyon dollar kredit ayırmağa razılaşıb.
Bildirilib ki, layihənin məqsədləri bərpa olunan enerjinin həcmlərini genişləndirmək və onu elektrik ötürücü şəbəkələrə inteqrasiya etməklə inkişaf etdirməkdir.