Bu barədə Aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları nazirliyin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar” bölməsindən əldə edə bilərlər.
"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər", - o əlavə edib.