AZ

Kişi arvadının yeməyinə ölənə qədər zəhər qatdı

Kiyevdə kişi aylarla arvadının yeməyinə zəhər qatıb, o ölənə qədər.

Ölkə.az Lent.az-a bildirir ki, bu barədə Kiyev şəhər Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, qadın ölümündən əvvəl ağır əlamətlərdən əziyyət çəkib: o, yataq xəstəsi olub, gücü tükənib və saçları tökülüb.

Həyat yoldaşının ölümündən sonra şübhəli şəxs mərhumun bütün əmanətlərini götürərək onun avtomobilini mənimsəyib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin cinayət planını üzə çıxararaq onu saxlayıblar.

Həmin şəxs qəsdən adam öldürmədə (Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi) ittiham olunur. Günahı sübuta yetirilərsə, cinayətkarı 15 ilə qədər həbs gözləyir.

İstintaq davam edir, hüquq-mühafizə orqanlarının əməkdaşları faciənin bütün təfərrüatlarını aydınlaşdırırlar.

Seçilən
23
13
olke.az

10Mənbələr