Bakı. Trend:
22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlərnaziri Hakan Fidana zəng vurub.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirCeyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortundamehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığıdiləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət,doğmalarına səbr, yaralılara şəfa arzulayıb.
Azərbaycan Respublikasının qardaş Türkiyə ilə bu çətin günlərdəhəmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha beləbir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizinistənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.
Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyəgörə təşəkkür edib.